Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Newsport.az saytının məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi komanda təlim-məşq toplanışının son sınaq matçında səfərdə Moldova yığması ilə qarşılaşıb.
Kişinyovdakı "Zimbru" stadionunda keçirilən qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Bundan əvvəl Türkiyəyə 1:2 uduzan milli Belarusa eyni hesabla qalib gəlib.
6 iyun
Yoldaşlıq oyunu
20:00. Moldova - Azərbaycan - 1:0
Qol: Damaşkan, 9
Baş hakim: Marian Aleksandr (Rumıniya)
Kişinyov, "Zimbru" stadionu