Millimizin rəqibi heyətini açıqladı

Xorvatiya millisinin heyəti açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yığmamızla eyni qrupda yer alan xorvatların baş məşqçisi Niko Kovaç  iyunun 7-də Cəbəllütariqlə yoxlama görüşü, 12-də isə İtaliyaya qarşı seçmə mərhələ oyunu üçün 30 futbolçuya dəvət göndərib.

Qapıçılar: Daniel Subaşiç (“Monako”, Fransa), Lovre Kaliniç (“Hayduk”), İvan Varqiç (“Riyeka”)

Müdafiəçilər: Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Tin Jedvaj (“Bayer”, Almaniya), Marin Leovaç, İvan Tomeçak (hər ikisi “Riyeka”), Deyan Lovren (“Liverpul”, İngiltərə), Daniel Pranyiç, Qordon Şildenfeld (hər ikisi “Panatinaikos”, Yunanıstan), Dario Srna (“Şaxtyor”, Ukrayna), Domaqoy Vida (“Dinamo”, Ukrayna), Şime Vrsaljko (“Sassuolo”, İtaliya)

Yarımmüdafiəçilər: Milan Badelj (“Fiorentina”, İtaliya), Marselo Brozoviç, Mateo Kovaçiç (hər ikisi “İnter”, İtaliya), Alen Haliloviç, İvan Rakitiç (hər ikisi “Barselona”, İspaniya), Mato Jajalo (“Palermo”, İtaliya), Mario Pasaliç (“Elçe”, İspaniya), Marko Roq (“Split”)

Hücumçular: Nikola Kaliniç (“Dnepr”, Ukrayna), Andrey Kramariç (“Lester”, İngiltərə), Mario Mandzukiç (“Atletiko”, İspaniya), İvitsa Oliç (“Hamburq”, Almaniya), İvan Perişiç (“Volfsburq”, Almaniya), Marko Pyaça (“Dinamo”), Ante Rebiç (“Leipziq”, Almaniya), Anas Şarbini (“Riyeka”), Mario Şitum (“Spezia”, İtaliya).





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right