“Qaradağ Lökbatan” klubunun prezıdenti Tahir Mustafayev növbəti dəfə cəzalanıb.
Newsport.az-ın məlumatına görə, buna səbəb prezidentin giriş qadağası olduğu halda, “Qaradağ Lökbatan” - “Şəmkir” matçında stadionda olmasıdı. Bu səbəbdən də klub prezidentinə verilmiş 10 oyunluq stadiona giriş qadağasına 1 oyunluq cəza əlavə olunub. Bu hal yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.
Bundan başqa, XXIX turun “Kəpəz” – “Qaradağ Lökbatan” matçının 85-ci dəqiqəsində “Kəpəz” klubunun 8 №-li futbolçusu Tural Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.