Sxadadze Nikolovdan inciyib: "Heç "çox sağ ol" da demədi"

"Açığı, mən çox acıqlıyam. Klubun prezidenti Georgi Nikolovdan incimişəm. Mən 6 il ərzində burada çox yaxşı işlədim. Amma o, heç "çox sağ ol" da demədi. Belə münasibət mənə xoş deyil. Elə təsəvvür yaranır ki, burada boş yerə çalışmışam. Nə isə... Burada çalışdığım üçün azarkeşlərə, Azərbaycan xalqına minnətdaram".

Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter" in baş məşqçisi Kaxaber Tsxadadze "Xəzər" TV-yə açıqlamasında deyib.

Azərbaycanda karyerası bitən baş məşqçi sonda hər kəsə təşəkkürünü bildirib: "Qurban Qurbanovu və "Qarabağ"ı təbrik edirəm. Onlar bunu haqq etdilər. Jurnalistlərə və ünsiyyətdə olduğum insanlara təşəkkür edirəm. Kiminsə xətrinə dəymişəmsə, üzr istəyirəm. Tez-tez Azərbaycana gələcəm. Klublarınıza və millinizə azarkeşlik edəcəyəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right