"Simurq"un ağır günləri davam edir: Zaqatala futbolsuz qaldı

Ciddi maliyyə problemləri ilə üzləşən "Simurq" böyük ehtimalla Azərbaycan Premyer Liqasının son turu çərçivəsində qarşılaşacağı "Xəzər Lənkəran"la oyuna yollanmayacaq.

Newsport.az-ın məlumatına görə, Zaqatala təmsilçisinin mövsümün son oyununa gedə bilməməsinin səbəbi maliyyədi.

Nə avtobusu olan, nə də Lənkəranda otel sifariş edən əyalət komandasına texniki məğlubiyyətin verilməsi gözlənilir.

"Simurq" rəhbərliyi bu komandalar üçün kreditə avrobus götürsə də, onlardan məhrum olub. Buna səbəb həmin avtobusların kredit borcunun ödənilməməsi göstərilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right