Nazim Süleymanov 4 qol vurdu: 3-nü "Alaniya"ya, 1-ni "Neftçi"yə

Rusiyanın Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi  Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunub. 

Newsport.az-ın məlumatına görə, yubilyarın şərəfinə yoldaşlıq oyunu keçirilib.

Vladiqafqaz "Alaniya"sı ilə “Neftçi” veteranlardan ibarət komanda arasında baş tutan görüş  7:7 hesablı bərabərliklə başa çatıb. 

N.Süleymanov  bu görüşdə 4 qola imza atıb. “Neftçi”nin heyətində  "Alaniya"ya üç qol vuran yubilyar bir dəfə də sabiq komandasının qapısına yol tapıb.   “Neftçi”nin digər qollarına gəlincə,  Musa Qurbanov het-trikə imza atıb, Oqtay Abdullayev isə bir dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right