"Bizdə rahatlıq yox idi. Bütün futbolçular kimi hər gün məşq edirdik. "Qarabağ"la oyundan əvvəl kollektivdə stres hiss etmədim. Ancaq matçı bitirmək üçün böyük aclıq yaşadım".
Newsport.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin məırakeşli futbolçusu Sabir Buqrin Premyer Liqanın XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə "Hln.be" saytına açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçisi "Qarabağ"ın ardıcıl 7 il ölkə çempionu olduğunu xatırladıb: "Komandadakı hər kəs bu seriyaya son qoymaq üçün xüsusi motivasiyalı idi.
Çətin qarşılaşma oldu. Çünki rəqib topa sahib olmağı sevən və topu itirən kimi dərhal təzyiq göstərən komandadır.
Buna baxmayaraq, oyuna yavaş-yavaş nəzarət etməyə başladıq. Gec də olsa, qələbə topunu vura bildik".
"Neftçi" Azərbaycan Premyer Liqasının sonuncu - XXVIII turunda "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edərək çempion olub. Sabir Buqrinin "ağ-qaralar"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.