"Sonuncu pilləni tərk etmək istəyirdik"

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu turunda "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, o, çempionatın çox gərgin keçdiyini deyib:

"Sonuncu pilləni tərk etmək istəyirdik. Futbolçularımız meydanda əziyyət çəkdilər və qələbə qazandılar. İlk olaraq, onları təbrik etmək istəyirəm. Məqsədimiz Azərbaycan kubokunun final matçına yaxşı əhval-ruhiyyədə yollanmaq idi və buna nail olduq. Rəqib komandaya növbəti mövsümdə uğurlar arzu edirəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right