"Belə durumda komandanı motivasiya eləmək çətindir" - Elmar Baxşıyev

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu turunda "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, matçla bağlı bunları deyib: “Mövsümün son oyunu idi. Komandanı bu durumda - iddiasını itirəndən sonra oyuna motivasiya etmək çətindir. Ümumilikdə futbolçular verilən tapşırığı meydanda göstərməyə çalışdı. “Vurmayana vurarlar” prinsipi özünü göstərdi. Çoxsaylı hücumlar qursaq da, tamamlamaqda çətinlik çəkdik. Ceyms Adeniyinin zədələnərək meydandan çıxması işimizi bir az çətinləşdirdi. Komandanın mövsümdəki oyunundan və yanaşmasından razı qaldım”.


 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right