Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulur. Newsport.az xəbər verir ki, sonuncu – 28-ci turun bütün görüşləri eyni gündə keçiriləcək.
Üçüncü pillədə qərarlaşmış “Zirə” səfərdə “Sabah”la üz-üzə gələcək. “Zirə” qələbə qazanmaqla bürünc medalların sahibinə çevriləcək. Lakin “Zirə” qələbə qazana bilməsə belə, “Sumqayıt”ın “Səbail”lə oyunda xal itirməsi qəsəbə təmsilçisinin üçüncü olması üçün kifayət edəcək. “Sumqayıt”la “Zirə”dən fərqli, “Sabah”la “Səbail”in mükafatçılar sırasında yer almaq və ya avrokuboklara vəsiqə qazanmaq şansı qalmayıb. Bu iki komandanın mövsümü maksimum 5-ci yerdə bitirməsi mümkündür. Məhz bu pilləni tutmağı hədəfləyən daha bir komanda – “Qəbələ” isə səfərdə sonuncu yerdə gedən “Keşlə” ilə qarşılaşacaq.
Turun, eləcə də mövsümün qapanış matçı isə lider “Qarabağ”la əzəli rəqibi və əsas izləyicisi “Neftçi” arasında baş tutacaq. Mövsümün çempionunu müəyyənləşdirəcək Azərbaycan derbisində ağdamlılara heç-heçə də bəs edəcək. Paytaxt təmsilçisi isə çempion olmaq üçün “Qarabağ”ı mütləq məğlub yola salmalıdır.
Azərbaycan Premyer Liqası
28-ci tur
19 may
“Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Bakı. “ASCO Arena”, 18:00.
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 15. Ayxan Bədizadə.
Baş məşqçi: Aftandil Hacıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
“Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Masazır. “Bank Respublika Arena”, 18:00.
Sabah: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqes, 3. Zurab Oçiqava, 33. Camal Cəfərov.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rustam Samigullin, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 66. Abdulax Xaibulaev, 27. Samir Məhərrəmli, 77. Veysəl Rzayev.
Baş məşqçi: Ramin Quliyev.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
“Keşlə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev.
Bakı. “ASK Arena”, 18:00.
Keşlə: 1. Stanislav Namaşko, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 29. Yevgeni Koçuk, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev.
Baş məşqçi: Sənan Qurbanov.
Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merabi Giqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov.
Baş məşqçi: Elmar Baxşıyev.
“Neftçi” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Bakı. “Dalğa Arena”, 20:30.