“Qarabağ”dan şəhid azarkeşi ilə bağlı həssas addım

“Qarabağ” şəhid azarkeşi Məhəmmədəli İbrahimli ilə bağlı həssas jest edib.

Newsport.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına M.İbrahimlinin də adını salıb. Beləliklə, M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.

Qeyd edək ki, M.İbrahimli ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olub.

Əlavə edək ki, bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşır. Bu oyunun nəticəsindən asılı olaraq, Ağdam klubu ya qızıl, ya da gümüş medala layiq görüləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right