“Səbail”in futbolçusu Rauf Əliyev zədəsini sağaldıb
Newsport.az-ın məlumatına görə, o, komanda ilə ümumi məşqlərə başlayıb
32 yaşlı futbolçu Premyer Liqanın 26-cı turunda “Neftçi” ilə matçda (0:4) başından ağır zədə almışdı. Təcili xəstəxanaya aparılan millimizin sabiq hücumçusunun başına bir neçə tikiş atılmışdı.