Premyer Liqanın qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək

Sabah Azərbaycan Premyer Liqasında 2020/2021-ci illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
 
Newsport.az PFL-ə istinadən xəbər verir ki, son turun “Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşündən sonra təşkil olunacaq mərasimdə gümüş və bürünc mükafatçılara medallar, çempion komandaya isə medallar və kubok təqdim olunacaq.
 
“Neftçi” – “Qarabağ” matçı saat 20:30-da start götürəcək. Premyer Liqada “Qarabağ” 57 xalla liderdir, “Neftçi” isə 56 xalla 2-ci sıradadır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right