"Qəbələ"dən əla transfer

Ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Qəbələ" daha bir futbolçunun keçidini həll edib.

Newsport.az-a klubdan verilən məlumata görə, əyalət komandası "İnter"in futbolçusu Məhəmməd Mirzəbəyovu heyətinə qatıb. 

Son dönəmlərdə olduqca uğurlu oyun sərgiləyən gənc futbolçu ilə az öncə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Qəbələ" buna qədər "Simurq"dan Samir Zərgərovla, "Sumqayıt"dan isə Andrey Popoviçlə anlaşmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right