AFFA-nın baş katibi: “Dnepr”ə baxanda, düşünürük ki, “Qarabağ” finalda olmalı idi"

"Avrokuboklar zamanı kimin güclü, kimin zəif olduğunu görəcəyik. Orada qeydə alınacaq nəticələr əsasında fikir yürütmək olar ki, bu çempionat əvvəlkilərdən zəif, və ya güclü olub. Avropada müsbət nəticə qazanmaq vacibdi. Keçən il nəticəmiz yaxşı oldu. “Qarabağ” Avropa Liqasının qrup mərhələsində iştirak etdi. “Dnepr”ə baxanda, düşünürük ki, “Qarabağ” finalda olmalı idi".

Bu sözləri Newsport.az-a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi yeni mövsümdə də Premyer Liqada 10 komandanın çıxış edəcəyini bildirib:

"Bu, bizim arzumuzdu. Biz də 12 komandanın iştirakı ilə çempionat keçirmək istərdik. Amma 10 komandaya lisenziya verilib və məsələ demək olar, qapanıb".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right