Əhməd Ələsgərov dəfn olundu

Azərbaycan futbolunun və "Neftçi" tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov ötən gün Ukraynanın Odessa şəhərində torpağa tapşırılıb.

Newsport.az-ın məlumatına görə, mərhumla vida mərasimi “Çernomorets”in stadionunda keçirilib.

Xatırladaq ki, Əhməd Ələsgərov 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. Milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right