"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İnter"lə matçdan sonra Newsport.az-a müsahibə verib:
- Ardıcıl ikinci çempionluqdu. Nə deyəcəksiz?
- Fərq qoymaq istəməzdim keçən ilki ilə bu ilki arasında. Çünki bizim işimiz mövsüm boyu yaxşı oyun göstərib, uğurlu nəticə əldə etməkdi. Şükürlər olsun bu il də ikinci çempionluğu qeyd etdik. Bu turniri yaxşı başa vurduq. Qarşıda qalır, kubokun final oyunu. Baxmayaraq ki, çempionat başa çatıb, bizim üçün mövsüm bitməyib. Futbolçularım daha yaxşı, uğurlu və ağır mövsüm keçirdilər. Rəhbərliyimizi, futbolçularımı və azarkeşlərimizi təbrik edirik. Ağır mövsüm oldu.
- Bu il avrokuboklarda nəyə nail ola biləcəksiz?
- Mövsümü bitirməliyik, sonra digər turnirə hazırlaşmalıyıq. Mütləq çalışdırmalıyıq ki, oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bizim üçün avrokuboklarda vacib oyun elə ilk oyunumuzdu. Bu oyuna biz çox ciddi hazıraşmalıyıq. Sonra digər oyunlar haqda düşünmək olar. İnşallah komandamızı daha da yaxşı formalaşdırıb, uğurlu çıxış edək.
- "Qızıl dubl” haqda düşünmək olar?
- Çalışacağıq. Bu gün bu turnir başa çatdı. Bir neçə gün istirahətdən sonra final oyunu haqda düşünəcəyik. İstəyirik ki, kubokun finalında da uğurlu nəticə əldə edək.
- "İnter”dən “Qarabağ” iki oyunçu keçib. Sanki Əfran İsmayılov da öz oyunu ilə deyirdi ki, “Qurban müəllim məni də aparın”. Razısız?
- Əfran, yanvardan bu yana uğurlu mövsüm keçirdi. Hər bir oyunda da fərqlənirdi. Ancaq bu gün Əfranla bağlı düşüncəmiz yox idi. Futboldu, baxacağıq. Yox, bu günki gündə Əfranı transfet etmək haqda fikrimiz yoxdu.