"Özümü yaxşı tərəfdən göstərməyə çalışacam ki, əsas heyətə düşə bilim"

"Bu gün yaxşı oynamaq üçün əlimdən gələni etdim. Bunu  özümü yeni klubuma göstərməyə görə yox, formamın haqqını vermək üçün etdim. Oyunumun yaxşı alınıb-alnmadığına məşqçi və azarkeşlər qərar verir".

Bu sözləri Newsport.az-a "İnter"in futbolçusu Elvin Məmmədov Azərbaycan Premyer Liqasının 35-ci turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Yeni mövsümdən sonra yenidən Ağdam klubunun şərəfini qoruyacaq E.Məmmədov bildirib ki, "Qarabağ"da rəqabət çətin olacaq:

"Özümü yaxşı tərəfdən göstərməyə çalışacam ki, əsas heyətə düşə bilim".


E.Məmmədov qeyd edib ki, azerkeşlərin onu fitə basmağı normaldır:

"İndi belə edirlərsə, sabah məni alqışlaya da bilərlər".

Xatırladaq ki, E.Məmmədov bu gün "Qarabağ"la müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right