Azərbaycan Premyer Liqasının XXVI turunun "Neftçi" ilə ev oyununda zədələnən "Səbail"in forvardı Rauf Əliyevin durumuna aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane ilə toqquşmadan sonra başı yarılan 32 yaşlı hücumçu dərhal xəstəxanaya aparılıb.
Onun başına 3 tikiş qoyulub. Onun "Zirə"yə qarşı XXVII tur matçında oynayıb-oynamayacağı bəlli deyil.
"Səbail"in 0:4 hesabı ilə uduzduğu görüşdə fasilədən sonra meydana daxil olan Rauf Əliyev 70-ci dəqiqədə Ruslan Hacıyevlə əvəzlənib.