Premyer Liqanın 35-ci turu çərçivəsində bu gün keçirilən bütün oyunlar 1 dəqiqəlik sükutla başlanacaq.
Newsport.az-ın məlumatına görə, bununla da Bakının Binəqədi qəsəbəsindəki yanğında həlak olanların və Azərbaycanın əfsanəvi baş məşqçisi Əhməd Ələsgərovun xatirəsi anılacaq.
Komandalar eyni zamanda meydançaya qara sarğı ilə çıxacaq.