Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki daha iki potensial rəqibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bunlar Slovakiya çempionu "Trençin" və Moldovada qızıl medallara yiyələnən "Milsami"di.
Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq "Trençin" və "Milsami" klubları püşk zamanı səpələnməmişlər səbətində qərarlaşacaq. Bu isə o deməkdir ki, hər iki klub "Qarabağ"a rəqib ola bilər.
Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq.