Bakıda 15 nəfərin faciəli ölümünə səbəb olan çoxmərtəbəli binadakı yanğın səbəbindən “Qarabağ” komandasının azarkeş qrupu “İmarət” sabah Premyer Liqada “İnter”lə keçiriləcək matçda 90 dəqiqə sükut edəcək.
Newsport.az-ın məlumatına görə, bu haqda fan-klubun rəsmi facebook səhifəsində məılumat yerləşdirilib. Fan-klubun öz üzvlərinə ünvanladığı müraciətdə "Qarabağ"ın çempionluq bayramının da təxirə düşdüyü qeyd olunur.
“22 may 2015-ci il tarixdə, saat 20.00-da "İnter Arena" stadionunda “İnter”lə keçirəcəyimiz matçda "İmarət Tayfa” qapının arxasındakı tribunaya qara, yazısız parça asıb 90 dəqiqə səssiz oturacaq. Hamı qara geyinsin! Çempionluq qutlamaları təxirə düşdü!”.