Bakıda təlim-məşq toplanışını başa vuran 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası son yoxlama oyununu keçirib.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq çərçivəsində birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşan millimizin 3:0 hesablı qələbə qazanıb. U-18-in qollarını Bahadur Quliyev, Ağadadaş Salyanski və Qurban Səfərov vurub.