"Avro-2016"nın seçmə mərhələsində bizi Danimarka ilə çətin oyun gözləyir. Portuqaliya ilə oyunla müqayisədə bu görüşdə heyətdə kiçik dəyişikliklər olacaq".
Newsport.az-ın məlumatına görə, bu fikirlər Serbiya millisinin baş məşqçisi Radovan Çurçiçə məxsusdu. 43 yaşlı mütəxəssis Serbiya mətbuatına verdiyi açıqlamada gələn ay millimizlə keçirəcəklər yoxlama oyunundan danışıb: "Azərbaycanla oyuna hazır olmalıyıq. Çünki Portuqaliya ilə matçda hansı futbolçunun hədəflərimizə uyğun olduğunu müəyyən etmək üçün kifayət qədər vaxtımız oldu. Bu mənada Azərbaycanla görüş bizim ciddi sınaq olacaq. Rəqib komandanın baş məşqçisi Robert Prosineçki orada yeniliklər edib. Azərbaycan yığması sadəlövh komanda deyil. Bu matçı yüksək əhval-ruhiyyədə keçirmək və Danimarka ilə matça yaxşı hazırlaşmaq istəyirik".
İyunun 7-də Avstriyada keçiriləcək Serbiya - Azərbaycan yoxlama oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.