21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının səfərdə Farer adaları ilə keçirəcəyi oyunun tarixi dəyişdirilib.
Newsport.az-ın məlumatına görə, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, iyunun 15-də baş tutmayacaq.
Belə ki, görüş iyunun 17-də keçiriləcək. “Toftir” stadionunda təşkil olunacaq oyun yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.