Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci tura start verilib.
Newsport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
“Keşlə”nin əvəzediciləri “Sabah”ın ikinci komandası ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.
Turun digər görüşləri aprelin 17 və 18-də keçiriləcək.
Birinci Divizion
22-ci tur
16 aprel
Keşlə-2 – Sabah-2 3:0
Qol: Emin Quliyev, 23. Bahadur Həziyev, 77. Elnur Süleymanov, 88.
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Elmin Süleymanov, İnqilab Məmmədov.
Bakı. “ASK Arena”, 15:00.