AFFA-dan "Qarabağ"a cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK-nin iclasında Azərbaycan Premyer Liqası klublarından təkcə "Qarabağ"ın cəzalandırılması ilə bağlı qərar verilib.

Azərbaycan Premyer Liqasının 34-cü turunun “Qarabağ” – “Sumqayıt” matçı başa çatdıqdan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right