Nazim Süleymanov köməkçilərini açıqladı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nazim Süleymanov köməkçilərini və yığmanın hazırlıq planını müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, bu barədə 50 yaşlı mütəxəssisin özü məlumat verib. 

N.Süleymanov ona Novruz Əzimov və qapıçılarla işləyən məşqçi kimi Rauf Mehdiyevin yardımçı olacağını söyləyib. Yeni heyətlə ilk təlim-məşq toplanışı isə mayın 29-da Bakıda keçiriləcək. Baş məşqçi bildirib ki, bu komandaya 1997-ci il təvəllüdlü futbolçular çağırıldığından, hazırda onların orta məktəblərdə təhsillərini yekunlaşdırmalarını gözləyirlər. Toplanış 3 gün davam edəcək. 

Millinin ilk ciddi sınağı isə noyabrda elə paytaxtda Türkiyə, Ukrayna, Bosniya və Herseqovinanın da iştirakı ilə təşkil olunacaq Avropa çempionatının seçmə matçlarına təsadüf edəcək. Oyunlar noyabrın 10-da, 12-də və 15-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right