"Qəbələ"dən qızıl dubl

Bu gün Bayıl stadionunda U-17 Liqasında çıxış edən komandaların iştirakı ilə təşkil olunmuş U-17 Kuboku turnirinin final oyunu keçirilib.

Newsport.az-ın məlumatına görə, “Qəbələ” və “Bakı” komandaları arasında keçirilmiş qarşılaşma 4:1 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb. 

Oyundan sonra AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov, həmçinin futbol veteran Rüstəm Rəhimovun iştirakı ilə mükafatlandırma mərasimi keçirilib.

Xatırladaq ki, "Qəbələ" 2014/2015 mövsümündə U-17 liqasının da qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right