Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün qalibi "Qarabağ" qızıl medallarına mayın 22-də qovuşacaq.
Newsport.az-ın məlumatına görə,bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.
Qurum rəsmisi bildirib ki, Ağdam klubuna qızıl medallar Premyer Liqanın 35-ci turu çərçivəsində keçiriləcək "İnter" - "Qarabağ" matçından sonra veriləcək.
Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"ı məğlub etməklə çempionluğunu rəsmiləşdirib.