Əbədi problem, həlli olmayan cinayət – bütün dünya futbolu süni yaşazaltmadan əziyyət çəkir. Azərbaycan da bu bəlanın içindədi. Klublarımızda, hətta milli komandalarda o qədər “lipalar” var ki, hamısının saxtakarlıqla “gəncləşdiyini” bilirik, amma isbat etmək üçün əlimizdən heç nə gəlmir.
Newsport.az-ın məlumatına görə, bir neçə gün öncə “Neftçi” və “Xəzər Lənkəran”ın U-13 komandaları arasında görüş keçirildi. Şübhələrə səbəb bakılı futbolçuların həmyaşıdlarına nisbətən daha yaşlı görünməsi idi. Futbolçuların arasında boy-buxununa görə daha çox nəzərəçarpanı, “ağ-qaralar”ın 9 nömrəli hücumçusu Musa Qurbanov idi. O Musa Qurbanov ki, atası Qurban Qurbanov hazırda “Qarabağ”ın baş məşqçisidi.
Digər futbolçu isə 11 nömrə Mübariz Sultanov futbolumuzun əfsanələrindən Nazim Süleymanovun bacısı oğludur.Mübariz Sultanov əslən Lerik rayonundandır.