Şehiç 50-yə, Bayramov 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 34-cü turu 2 qapıçı üçün yubileylə əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, “Qarabağ”ın Bosniya və Herseqovinadan olan qolkiperi İbrahim Şehiç 50-ci çempionat matçını keçirib. 

Ötən mövsüm 22 oyunda 12 top buraxan Şehiç cari çempionatın 28 qarşılaşmasında 23 qola üzülüb. Onun AZAL-dan olan həmkarı Kamal Bayramov isə Premyer Liqada 100-cü oyununu keçirib. 151 top buraxan qapıçı bu matçlardan 5-ni (3 qol buraxıb) AZAL-da keçirib.(pfl.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right