Qara Qarayev "Keşlə" ilə oyunu buraxacaq

Azərbaycan millisinin düşərgəsində zədələnmiş "Qarabağ"ın futbolçusu Qara Qarayev bu gündən fərdi məşqlərə başlayıb.
 
Newsport.az xəbər verir ki, bu barədə 29 yalı yarımmüdafiəçi özünün feysbuk səhifəsində paylaşım edib.
 
O bildirib ki, ağrı olmayacağı təqdirdə, 5 - 6 gündən sonra komanda ilə hazırlığı bərpa edəcək.
 
Qeyd edək ki, Qara Qarayev zədə səbəbindən yığmanın DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarını buraxıb. "Qarabağ" Azərbaycan
 
Premyer Liqasında növbəti oyununu aprelin 4-də səfərdə "Keşlə"yə qarşı keçirəcək.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right