Türkiyə PTT I Liqasında XXXIII turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçını çıxıb. Kayseri təmsilçisi doğma meydanında "Kaşıyaka"nı məğlub edib - 2:1. Ağayevin adı oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qarşılaşmadan sonra Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören "Kayserispor" futbolçularını çempionluq münasibəti ilə təbrik edərək qızıl medalları komanda üzvlərinə təqdim edib.

