“Turan Tovuz” “Qarabağ” üzərində qələbə ilə zirvədə

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda XIX tura start verilib.
 
Newsport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Turun açılış matçında “Turan Tovuz”la “Qarabağ”ın əvəzediciləri üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbə qazanan tərəf olub. Bu qələbə sayəsində Tovuz təmsilçisi xal hesabını 40-a çatdırıb və zirvədə qərarlaşıb.
 
Günün digər matçı “Qaradağ Lökbatan”la “Keşlə”nin əvəzediciləri arasında baş tutub. Bu oyunda isə qonaqlar minimal hesabla üstün olublar.
 
I Divizion
XIX tur
1 aprel
 
Turan Tovuz – Qarabağ-2 2:1
Qol: Vidadi Cəfərov, 18; 64 - Sultan Mustafayev, 59.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Tovuz şəhər stadionu, 15:00.
 
Qaradağ Lökbatan – Keşlə-2 0:1
Qol: Emin Quliyev, 48.
Hakimlər: Rəşad Əhmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
 
2 aprel
 
Neftçi-2 – MOİK
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Tural Qurbanov.
“Neftçi” klubunun bazası (4-cü meydança), 15:00.
 
Sabah-2 – Zaqatala
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Vüqar Həsənli.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 15:00.
 
3 aprel
 
Sumqayıt-2 – Kəpəz
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Elmin Süleymanov, Nicat İsmayıllı.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right