“Kəpəz”də ayrılıq: Zəif çıxışda günahkar mən deyiləm!

Gəncənin “Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev vəzifəsindən ayrılıb.
 
Newsport.az xəbər verir ki, bu barədə Mustafayev “facebook” hesabında məlumat yayıb. O, klubdakı işindən ayrıldığını bildirib. Mustafayev “Kəpəz”dən gedişi ilə bağlı bunları qeyd edib:
 
“Kəpəz”in zəif çıxışında günahkar mən deyiləm! Dostlardan qərarıma anlayış gözləyirəm, sinəm doludu, vaxtı gələndə özüm hər şeyi danışacam”.
 
“Kəpəz” Azərbaycan 1-ci divizionunda mübarizə aparır. Komanda turnir cədvəlində 6-cı sıradadır.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right