"Neftçi"nin çempionluq üçün böyük şansı var" Keysuke Honda

"Bura gəldiyim ilk gündən hamı mənə qarşı çox mehribandır. Hər kəsdən diqqət görürəm. Bu da mənə xoşdur. Ölkəyə uyğunlaşma prosesim yaxşı gedir."Neftçi"də ilk matçımı keçirdim. Məşqlər yaxşı gedir. Bazar günü oynayacağımız görüşə hazırıq".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Keysuke Honda klubun rəsmi telekanalına açıqlamasında deyib.

Yaponiyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 21-ci turunda qarşılaşacaqları "Sumqayıt"la oyun haqda da danışıb: "Rəqib komandanın oyunlarını özüm üçün analiz etmişəm. Necə komandaya qarşı oynayacağımızı bilirəm. Aqressiv oynayırlar. Bütün bunları görəndən sonra matçın çətin keçəcəyini düşünürəm".

34 yaşlı futbolçu ölkə çempionatında son 8 tura hazır olduğunu söyləyib: "Amma 100 faiz formada olmaq üçün vaxt lazımdır. Baş məşqçi şans versə, komandama kömək etməyə hazıram".

Honda bildirib ki, "Neftçi"nin çempionluq üçün böyük şansı var: "Bundan yararlanmalıyıq. Səviyyəmiz də qalib olmağa imkan verir. Heyətdə təcrübəlilərlə yanaşı, gənc futbolçular da var. Hamımız birlikdə sonadək mübarizə aparmalıyıq. Təcrübəli futbolçular gənclər üçün nümunə olmalıdır".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right