DÇ-2022-nin Avropa zonasının seçmə mərhələsinin 3-cü turunun ilk günündən sonra statistik göstəricilər açıqlanıb.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisindən yalnız Şahruddin Məhəmmədəliyev qitənin ən yaxşıları sırasına düşüb. O, ən çox qurtarış edən qapıçılar sırasında yenidən birinci yerə yüksəlib. 26 yaşlı qolkiper Serbiya ilə qarşılaşmada (1:2) aktivinə daha 5 seyv yazıb.
Ümumilikdə 14 dəfə qapısını toxunulmaz saxlayan Şahruddin bununla da qurtarış sayını 19-a çatdırıb.