Patrik Andradeli Kabo-Verde Afrika Millətlər Kubokunda!

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb.

Newsport.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsinin son turunda səfərdə Mozambikə 1:0 hesabı ilə qalib gəldikləri oyunda forma geyinib.

28 yaşlı futbolçu start heyətdə yer alıb və 61-ci dəqiqədə – komandası hesabda 1:0 öndə olarkən meydanı tərk edib.

Bu qələbə ilə Kabo-Verde millisi qrupu 10 xalla 2-ci pillədə tamamlayıb və Afrika Millətlər Kubokunun final mərhələsinə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right