"Zehni olaraq çox çalışmışdıq"

“Oyunçunu görməmişdim, topa ən qısa zamanda çatmağa çalışırdım. Sonra isə lazımsız reaksiya verdim. Əsas olan nəticədə qələbə qazanmağımızdır".

Newsport.az xəbər verir ki, bu sözləri Serbiya millisinin üzvü Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsində Bakıda yığmamıza qalib gəldikləri oyundan (2:1) sonra deyib.

"Ayntraxt"ın yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında bu görüşə çox hazırlaşdıqlarını bildirib: "Oyunumdan razıyam, daha yaxşısını da edə bilərdim. Belə rəqiblərə qarşı oynamaq çətin olur. Zehni olaraq çox çalışmışdıq, nəticədən razı qalmalıyıq. Qarşıda oyunlarımız var, asan olmayacaq, lakin bacaracağımıza inanıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right