DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının sözügedən oyun üçün heyəti məlum olub.
Newsport.az UEFA-nın saytına istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi Serbiya ilə matç üçün heyətə 23 futbolçu daxil edib.
İtalyan mütəxəssis qarşılaşmanın “23-lüy”ünə Namiq Ələsgərov, Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu daxil etməyib.
Bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçına saat 20:00-da start veriləcək.
Azərbaycan millisinin heyəti:
Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov;
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə;
Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov;
Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev.
Qeyd edək ki, millimizin Serbiya ilə oyunda hansı start heyətlə meydana çıxacağı da bəllidir. Matc.az bu barədə ötən gecə məlumat verib.