"Qarabağ"ı çemoionluq münasibәtiylә tәbrik edirәm. Çempionatı pis keçirtmәdik. Gәnc vә bәzәn dә tәcrübәsi çox olmayan heyәtlә iddialı komandalara layiqli rәqabәt göstәrә bildik"
Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə "Qarabağ"a 1:0 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi deyib. Çalışdırıcı növbəti mövsümün planlarından da söz açıb: "Növbәti mövsüm üçün planlarımız uzәrindә işlәyirik. Büdcә artsa, gәlәn mövsüm iddiamızı artırarıq. Әvәzedici heyәtdәn әsas heyәtә uşaqlar mütәmadi dәvәt olunacaq. Rәhbәrliklә danışıqlarımız olub vә mәn onlara bildirmişәm ki, nәticәlәrimizi yaxşılaşdırmaq istәyiriksә, büdcә biraz artmalıdır."