Bu gün Azərbaycan Premyer Liqasının XXXIV turunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələn "Qarabağ" çempionluğu rəsmiləşdirdi.
Newsport.az-ın məlumatına görə,görüşdən dərhal sonra "İmarət" fanklubunun üzvləri və "Bakcell Arena"ya gələn "Qarabağ"ın digər fanatları qələbə sevinclərini komanda ilə birgə qeyd eləməkçün meydana axışdı. Yaranan qarşıqlıq zamanı 5-6 nəfər azarkeş polis tərəfindən saxlanıldı. Dəqiqləşdirdik ki, "İmarət" fanklubunun üzvləri olan Ziya Laçınla Rüfət Muradlı və "Qarabağsız gənclər" fanklubunun üzvü Xanoğlan İmanov Heydər Əliyev parkının yanında Post Patrul Xidmətinin avtomibilinə mindirilərək, 24-cü polis bölməsinə aparılıb.