“İlk növbədə “Qarabağ”ı çempionluq münasibəti təbrik edirəm. Qurban Qurbanov, “Qarabağ” buna layiq idi. “İnter”i ikinci olması münasibəti ilə təbrik edirəm".
Newsport.az-ın məlumatına görə,bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının XXXIV turunda "Qəbələ" ilə 1:1 hesablı bərabərə qaldıqları matçdan sonra deyib. Gürcü mütəxəssis meydan sahiblərinin Avropa futbolu oynadığını vurğulayıb: "Onlar problemlərin fonunda çempionata maraq qata bildilər. Futbolçularımın qarşısında baş əyirəm. Bu gün rəqibimiz olan “Qəbələ” sırf Avropa futbolu oynadı. Ancaq belə olan halda çempionatın səviyyəsini daha da yüksəldə bilərik. Bütün bunları nəzərə alıb deməliyəm ki, çox gözəl bir oyun alındı”.