“Kəpəz” yeni mövsümdən Premyer Liqada çıxış edəcək. Bunu eşidən komandanın prezidenti Mehman Allahverdiyev isə tələsik vəzifəsin baş məşqçiliyə dəyişdi. Yəni yeni mövsümdən “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev olacaq. Bu məqam isə gəncəli futbol azarkeşlərinin narazılığına səbəb olub. Belə ki, SSRİ dövründən “Kəpəz”ə azarkeşlik edən 10-larca veteran azarkeş redaksiyamıza müraciət etdilər. Aralarında Pərviz, Zöhrab, Xalid, Samir, Qurban, Orxan, Zabit adlı ortayaşlı olan “Kəpəz” azarkeşləri yeni komandanın Mehman Allahverdiyevə yox, Gəncə futbolunun ən tanınmış siması olan Mahmud Qurbanova tapşırılmasın tələb edirlər:
“Bizlər neçə illərdi Gəncə futbolunun içindəyik. Bu illər ərzində “Kəpəz” və “Gəncə”də çox məşqçilər görmüşük. Onların hamısında, necə insanlar olmasında çox yaxşı bilirik. İndi “Kəpəz” Premyer Liqada çıxış edəcək və hamı göz dikib baş məşqçi olmağa. Biz istəyirik ki, komandanı gənclərlə işləməyə üstünlük verən Mahmud Qurbanov çalışdırsın. Konkret olaraq “Kəpəz”də Mahmud Qurbanovu görmək istəyirik. Onun zamanında gənclərə üstünlük verilib. O biri məşqçilərin hamısın görmüşük. 20 ildir bilirik ki, nə var, nə yox. Mahmud Gəncə futbolunun fəxridir.
Komandanın baş məşqçisi olacağı deyilən Mehman Allahverdiyevin “Kəpəz”də etdikləri danılmazdır. Amma son 10 ildə heç nə ilə yadda qalmayıb. İndi müasir futbolu bilən mütəxəssisə ehtiyac var.
Biz heç kimdən narazı deyilik, amma yaxşı olanı görmək istəyirik. Gəncə futbolunun sadiq azarkeşləriyik və hər məşqçiyə bələdik. Mahmud Qurbanov müasir futbolu bilir və gənclərə üstünlük verir. “Kəpəz”ə də belə məşqçi lazımdır. Ancaq o adam əncədə yeni futbolçular üzə çıxarda bilər. Mahmud müəllimin vaxtında Premyer Liqada çıxış edən gəncəli futbolçular sonradan I Divizionda oynayan komandaya götürülmədi. Buna görəmi Mehman Allahverdiyevdən razılıq etməliyik? O futbolçular dağıldı, o cavan istedadlar getdilər fəhləçilik etməyə. Bunu görüb Mehman müəllimə necə yaxşı deyək? SSRİ vaxtından Gəncə futboluna azarkeşlik edirik. Burda ac həriflər Gəncə futboluna düşmən kəsiliblər. Özlərinə sərf edən insanları oynadırlar ancaq və sponsorları da küsdürürlər. İki ildi Mehman Allahverdiyev “Kəpəz”ə rəhbərlik edir. klubda 7 yaş qrupu üzrə komanda olmalıdır. Ancaq iki komanda var və 3 məşqçisi. Onlarında ikisinin kateqoriyası yoxdur. Belə savadsız məşqçilər necə futbolçu yetişdirə bilər axı? Dediyim kimi, 7 yaş qrupu üzrə komanda olamlıdır və burada çalışan hər bir məşqçi üçün 300 manat maaş ayrılır. Ancaq hər birinə cəmi 150 manat verilir. Mehman müəllimi necə istəyək? Burda nə U-19, nə U-17 var. Cəmi bir dənə U-15 var. Qalan hamısı çöldə qalıb.
Biz yaxşı bilirik ki, yeni sponsorlarla Mahmud Qurbanov Gəncə futboluna gəlsə dirçəliş olacaq. Çünki Gəncədə bütün futbolsevərlər Mahmudu sevir. Mahmud işləyəndə çoxlu gənc istedad üzə çıxartmışdı. Ancaq sonra hamısını batırdılar, yox etdilər.
Biz istəyirik ki, “Kəpəz” Bakıda yox, elə Gəncədə oynasın. Bakıda oynayan “Kəpəz”ə necə Gəncə klubu demək olar? Deyirlər stadion tikiləcək, köhnənin təmirinə başlanılacaq, amma heç bir iş görülmür. 2009-cu ildən belə deyilir, amma ortada heç bir iş yoxdu”.