Azərbaycan birinci divizionunda 28-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə 4 qarşılaşma keçirilib.
"Rəvan" səfərdə "Mil Muğan"la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Turun digər matçında "Ağsu" doğma meydanda "Göyəzən"i qəbul edib. Oyun "Ağsu"nun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Bakılı" - "Turan Tovuz" görüşündə ikincilər 8:1 hesabı rəqibini darmadağın edib.
15 may
Birinci divizion, 28-ci tur
“Bakılı” - “Turan Tovuz” - 1:8
Qollar: Asəf Qədiri, 13 (0:1), Camal Məmmədov, 26 (0:2), Aqşin Sadıqov, 47 (0:3) Tuqay Alhüseynli, 48 (0:4), Aqşin Sadıqov, 72 (0:5), İlkin Rzayev, 76 (0:6), Asif Zeynalov, 84 (1:6), Afin Bağırov, 87 (1:7), Aqşin Sadıqov, 88 (1:8)
“Mil Muğan” - “Rəvan” - 1:2
Qollar: Orxan Həsənov, 19 (0:1), Coşqun Süleymanov, 22 (1:1), Vüsal Qarayev, 63 (1:2)
“Ağsu” - “Göyəzən” - 4:0
Qollar: Qalib Əmrahov, 9 (1:0), Elnur Səmədov, 10 (2:0), Qalib Əmrahov, 37 (3:0), 78 (4:0)
“Şəmkir” - “Energetik” - 1:0
Qol: Qeyrət Qənbərov, 75 (1:0)
14 may
“Qaradağ Lökbatan” - "Şahdağ” - 1:0
Qol: Emin Mustafayev, 82 (1:0)
“Şuşa Qarabağ” - “Kəpəz” - 1:2
Qollar: Hüseyn İsgəndərov, 30 (1:0) Elxan Əzizov, 77 (1:1), Ziyabil Məmmədov, 90+3 (1:2)
“Zirə” - “Neftçala” - 1:3
Qollar: Elmin Çobanov, 27 (1:3), Tural Adıgözəlov, 57 (1:1) Fərmayıl Əliyev, 74 (1:2) Elvin Adışirinli, 90+5 (1:3)
Turnir cədvəli
Bombardirlər
İlham Allahverdiyev ("Qaradağ Lökbatan") - 21 qol
Fərmayıl Əliyev ("Neftçala") - 16 qol
Məhəmməd Alıyev ("Neftçala") - 15 qol
Ramil Əliyev ("Bakılı") - 14 qol
Əli Bağırov ("Rəvan") - 13 qol
Morteza Heydəri ("Zirə") - 13 qol
Vüsal Qarayev ("Rəvan") 13 qol
Asif Zeynalov ("Bakılı") - 12 qol
Aslan Hüseynov ("Zirə") - 11 qol
Amil Yunanov ("Rəvan") 10 qol