"Neftçi"nin U-10 komandası Azərbaycan çempionatının finalına yüksəlib.
Newsport.az-ın məlumatına görə, yarımfinalda “Simurq” klubunu 2:1 hesabı ilə məğlub edən “Neftçi” Lənkəran təmsilçisini oyunsonrası penaltilərlə yenib. Matçın əsas vaxtı 2:2 hesabı ilə nəticələnib. Baş məşqçi Emin Salmanovun yetirmələrindən Rüfət Abbasov və Təhmasib Həmidli fərqlənib. Bu futbolçular 4:2 hesabı ilə başa çatmış penalti zərbələrini də dəqiq yerinə yetiriblər. Penalti seriyasında komandanın digər qollarını Simral Zeynilli və İbrahim İbrahimli vurublar.
"Neftçi" final matçında “Qəbələ” klubu ilə qarşılaşacaq.