“Zirə” Premyer Liqaya hazırlığa infrastrukturdan başlayır

Premyer Liqada iştirak etmək üçün lisenziya alan "Zirə" klubu  oyunlarını yüksək səviyyədə təşkil etmək məqsədi ilə Zirə İdman Kompleksinin stadionunda təmir-tikinti və yenidənqurma işlərinə başlayacaq.
 

Newsport.az-ın məlumatına görə, birinci  divizionunda mövsüm başa çatandan sonra stadionla bağlı layihəyə start veriləcək.

Layihəyə əsasən stadionun süni ot örtüyü yenilənəcək və beynəlxalq standartlara tam cavab verən yüksək səviyyəli süni ot örtüyü salınacaq. Həmçinin, paltardəyişmə, hakim və hakim-inspektor otaqları da təmir olunacaq, bəziləri yenidən qurulacaq. Təmir-tikinti və yenidənqurma işləri bununla da kifayətlənməyəcək.

Premyer Liqanın növbəti mövsümünün startına qədər stadionda başqa yeniliklər də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right