"Qəbələ"nin futbolçuları qida şəhərciyində

Ötən gün “Qəbələ” klubunun üzvləri şəhərdəki Gilan Qida şəhərciyini ziyarət ediblər. 

Newsport.az-ın məlumatına görə, şəhərcikdə yerləşən Gilan çipsi sexi, Jalə meyvə şirəsi sexi və Jalə sularının istehsal prosesi ilə tanış olan futbolçular və inzibati heyət burada işçilər tərəfindən alqışlarla qarşılanıblar.

Zavod rəhbərliyi istehsal və xammal barədə maraqlı məlumatlar verərək, qonaqların məhsulların qablaşdırma prosesi ilə tanış olmalarına da şərait yaradıblar. Ekskursiyanın sonunda məhsulları dequstasiyadan keçirən futbolçular zavod rəhbərliyinə imzalanmış “Qəbələ” forması və top hədiyə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right