Reynaldo azarkeşlərə səsləndi: "Biz birlikdə daha güclü oluruq"

Qarabağ"ın hücumçusu Reynaldo Silva komandanın azarkeşlərini Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçiriləcək "Sumqayıt"la oyuna dəvət edib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun braziliyalı futbolçusu komandanın rəsmi "facebook" səhifəsində bunları deyib:

"Hər bir azarkeşimizi may ayının 16-da "Bakcell Arena"ya dəvət edirəm. Biz birlikdə daha güclü oluruq".

Qeyd edək ki, mayın 16-da "Bakcell Arena"da keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyunu saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right